Cəmiyyət

Ayan Ağalar işindən ayrıldı

17 May 2023 17:09
Baxış: 1 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Fondunda kadr dəyişikliyi olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi Ayan Ağalar vəzifəsindən azad olunub. 

A.Ağalar bu vəzifəyə ötən il təyinat almışdı.

O, məlumatı təsdiqləyib və artıq Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını qeyd edib.

Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Ayan Ağalar daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində də çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.