Cəmiyyət

Cənubi Azərbaycan şəhərlərində kütləvi zəhərlənmə

17 Aprel 2023 23:17
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbriz, Urmiya və Kərəc və digər şəhərlərdəki məktəblərdə şagirdlər zəhərləniblər.

Milli.Az Report-a istinadən xəbər verir ki, onların kimyəvi qazdan zəhərləndikləri bildirilib.

Qeyd edilir ki, Təbrizdə hadisədən xəbər tutan valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər. Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər.

Hadisə ilə bağlı rəsmi açıqlama verilmir. Eyni zamanda zəhərlənən şagirdlərin sayı açıqlanmır.

Xatırladaq ki, İranda əsasən qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmə halları 2022-ci ilin 30 noyabrında başlayıb. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox şagird qidadan zəhərlənib.

Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, başağrısı və digər əlamətlər müşahidə olunur.

İranın Daxili İşlər Nazirliyi martın 11-də ayrı-ayrı şəhərlərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlanıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.