Cəmiyyət

Sürət həddi endirilən yollarda lövhələr dəyişdiridi - VİDEO

27 Mart 2023 14:09
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə paytaxtın əsas küçə və prospektlərdə sürət həddinin endirilməsi davam etdirilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, artıq bir sıra yerlərdə sürət həddini göstərən lövhələr dəyişdirilib. Hazırda ilk olaraq Heydər Əliyev prospektinin həm Koroğlu metrostansiyasından Heydər Əliyev Mərkəzinədək, həm də Hava limanından Koroğlu metro stansiyanadək hissəsində, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında yeni lövhələr quraşdırılır.

Sürət həddi 100 və 110 km/saat olan prospektlərdə bu hədd 90 km/saata, 90 km/saat olan yollarda isə 70 km/saata dəyişdirilib. Mövcud sürət həddi 60-70 və 60-80 km/saat olan yollarda isə sürət həddi 60 km/saat olaraq müəyyən olunub.

Bakı Nəqliyyat Agentliyinindən Xəzər Xəbərə bildirilib ki, müvafiq yol nişanlarının quraşdırılması nəzərdə tutulan 14 əsas küçə və prospektlərin 4-də işlərə başlanıb. Qala-Pirallahı yolu, Ziya Bünyadov prospekti, Xocəsən şosesi, Bakı-Şamaxı şosesi, Babək prospekti, Zabrat yolu, Qara Qarayev prospekti, Fətəli Xan Xoyski küçəsində isə proses ardıcıl şəkildə həyata keçiriləcək. Sürət hədlərinin endirilməsi ilə bağlı təkliflərin hazırlanması üzrə işlər davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.