Cəmiyyət

İş axtararkən diqqətli olun - Hər iş təklifinə aldanmayın - VİDEO

21 Oktyabr 2022 16:04
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşləyib pul qazanmaq istəyən bəzi şəxslər, əllərindəki pulları da itirirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son vaxtlarda saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Kart vasitəsilə pulu əldə etdikdən sonra isə həmin şəxsləri tapmaq mümkün olmur. İşlə təmin olunacağına inanan və dələduzluğa məruz qalanlardan biri də Nəzrin Bəşirovadır. Nəzrin xanım deyir ki, ondan 1500 manat maaşlı iş qarşılığında 100 manat tələb olunub.

Paytaxt sakinləri də sözügedən dələduzluq hallarından məlumatlı olduqlarını bildiriblər.

Hüquqşünas Şamil Paşayev deyir ki, vətəndaşların məsələyə laqeyd yanaşması bu tip fırıldaqçılıqla məşğul olan şəxsləri arxayın edir. Hüquqşünasın sözlərinə görə, vətəndaşlar ödədikləri məbləğin az olduğunu düşündükləri üçün aldandıqdan sonra məsələnin ardınca getmirlər. Əgər şikayət olunarsa, belə şəxsləri həbs cəzası gözləyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, mövzu ilə bağlı vətəndaşlara dəfələrlə müraciət olunub. Bununla belə aldananlar az deyil.

Hüquqşünaslar bildirirlər ki, ölkədə işədüzəltmə ilə bağlı rüsum ödəmə qaydası yoxdur. 500 manatadək pulun dələduzlar tərəfindən mənimsənilməsi də cinayət məsuliyyəti tərkibi yaratmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.