Cəmiyyət

Qiyabi oxuyan tələbələrə də təhsil krediti verilə bilər - VİDEO

30 Avqust 2022 20:52
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda təhsil tələbə kreditləri ilə bağlı yeniliklər olacaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Təhsil Tələbə Kredit Fondunun maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev bildirib ki, qiyabi təhsil alanlara da təhsil krediti verilə bilər.

Şöbə müdiri  deyib ki, təhsil tələbə kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Təhsil Tələbə Kredit Fondunun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcək.

Şöbə müdiri 2022-2023-cü tədris ili üzrə müraciətlərin qəbuluna başlanıldığına da diqqət çəkib.

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.