Cəmiyyət

Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb - VİDEO

19 İyul 2022 07:19
0 Şərh     Baxış: 3 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda intihar qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.

Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2020-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.