Cəmiyyət

Özəl sektorda çalışan şəxslərə vacib xəbər: Maaşlar artırılacaq? - VİDEO

23 Aprel 2022 11:30
1 Şərh     Baxış: 1 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət sektorunda maaşların artırılmasından təxminən 3 ay keçsədə, özəl müəssisələrin bir çoxunda hələ də belə bir addım atılmayıb. Belə ki, cari ilin yanvar-fevral aylarından etibarən dövlət təşkilatlarında orta aylıq əməkhaqqı 20 faizə yaxın artıb. Ancaq özəl sektorda çalışan bəzi vətəndaşlar davamlı  bahalaşma fonunda maaşlarında dəyişiklik edilmədiyini deyirlər. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, bu il özəl müəssisələrdə əməkhaqları ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Ancaq hazırkı infilyasiya fonunda bu rəqəm kifayət qədər azdır.

Millət vəkili Fazil Mustafanın fikrincə, problemin həlli üçün ilk olaraq özəl sektorun inkişafı istiqamətində müəyyən addımlar atılmalıdır.  

Fazil Mustafa deyir ki, sadalanan məsələlərin həllini tapması həmin sektorda işləyənlərin də rifahına təsir edə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.