Cəmiyyət

Aktyor qaraciyər sirrozundan əziyyət çəkir - Onun maddi dəstəyə ehtiyacı var - VİDEO

15 Aprel 2022 12:56
2 Şərh     Baxış: 1 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Televiziyasında yayımlanan bir çox seriallarda rol alan aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. O, sağlamlığına qovuşması üçün təcili əməliyyat olunmalıdır. Amma orqan köçürülməsi üçün lazım olan vəsaitə ailənin maddi imkanı çatmır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, xəstəliyindən xəbərsiz olub, xəbər tutduqda isə artıq gec olub. Hazırda ona təcili olaraq orqan köçürülməlidir.

Gündən-günə vəziyyəti pisləşən Elvinin tək istəyi tezliklə sağlamlığına qovuşmasıdır.

Həyat yoldaşı Elvina Ağayevanın sözlərinə görə, Elvinin vəziyyəti çox ağırdır, əgər vaxtında müdaxilə olunmazsa, o, həyatını itirə bilər.

Elvinin əməliyyat olunması üçün böyük məbləğdə pula ehtiyac var ki, ona da ailənin maddi imkanı çatmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.