Cəmiyyət

Ağstafada avtomobil dərəyə aşıb, xəsarət alan var

31 Mart 2022 08:43
0 Şərh     Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində "VAZ" markalı minik avtomobilinin dərəyə aşıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə qəza nəticəsində minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.