Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qambay Vəzirov küçəsində yaşanıb.
1990-ci il təvəllüdlü Quliyev Nahid Ağakişi oğlu küçədə tanışı ilə əlbəyaxa dava edib.
Dava zamanı ona bıçaq zırbələri vurulub.
Quliyev Nahid aldığı xəsarətlərdən sonra xəstəxanaya aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az