Cəmiyyət

Ənvər Əfəndiyev hərbi hissələri ziyarət edib - FOTO

31 Dekabr 2021 16:30
0 Şərh     Baxış: 1 693
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev bayramlar münasibətilə Komandanlığın tabeliyindəki hərbi hissələrdə olub.

Müdafiə Nazirlyindən Milli.Az-a verilən məlumata görə, nazir müavini şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə maraqlanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

General-leytenant Ə.Əfəndiyev xüsusilə bayram günlərində ayıq-sayıqlığın artırılması, döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və hərbi xidmətdə fərqlənənlər təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.