Cəmiyyət

Bakıda oğurlanan iki yaşlı uşağın anası danışdı - VİDEO

30 Dekabr 2021 23:33
2 Şərh     Baxış: 3 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonunda iki yaşında uşağın oğurlandığı iddia olunur.

Milli.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, uşağın anası deyir ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb.

O, hətta övladını oğurlamaqda şübhəli bilinən qadını tanıdığını da iddia edir.

Bəs həmin şəxs kimdir?

Kürdəmir sakini Reyhan Şıxəliyeva bildirir ki, iki gün əvvəl işdə olarkən həyat yoldaşı ona övladlarının oğurlandığını deyib. Ana dərhal işlədiyi bazardan evə gəlib.

Reyhan Şıxəliyevanın sözlərinə görə, həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.

Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşağın tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.