Cəmiyyət

Yol polisi narkotikin təsiri altında olan sürücüləri necə müəyyən edir? - VİDEO

23 Dekabr 2021 13:54
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücülər yol polisi tərəfindən sərxoşluğun və narkotik vasitələrin təsiri altında avtomobil idarə etmək şübhəsi olanda yoxlamalara cəlb edilirlər. Bəs hansı göstəricilər onların sərxoş olduğunu təsdiqləyir? "XəzərXəbər" yol polisinin proses zamanı istifadə etdiyi texniki avadanlıqların necə işlədiyini araşdırıb.

Ölkədə yol polisi əməkdaşları tərəfindən demək olar ki tez-tez içki reydi keçirilir. Bu reydə əsasən avtomobili şübhəli idarə edən sürücülər cəlb olunur ki, sürücünün spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmadığı müəyyən edilsin. Keçirdiyimiz sorğu zamanı sürücülər alkotesterdə görünən nəticənin, onları hansı halda məsuliyyətə cəlb etdiyindən məlumatsız olduğunu bildirirlər.

Sürücülərin spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmamasının hansı qaydada yoxlanılmasını öyrənmək üçün, qarşısında hərəkətin intensiv olduğu postlardan birinə yaxınlaşdıq. Xidmətdə olan yol polisi əməkdaşları proseduru belə izah etdi:

Sürücünün narkotik vasitə qəbul etdiyini aşkarlamaq üçün ağız suyundan götürülən nümunə cihaza daxil edilir. 12 dəqiqə sonra isə sürücünün narkotik vasitə qəbul etməsindən əlavə, narkotik vasitənin hansı növündən istifadə etdiyi də cihaz tərəfindən qeyd olunur. Elə sərxoşluğun yoxlanması prosedurunun tam olaraq necə olduğunu yol polisi biz çəkiliş aparan zaman da sürücülərə izah etdi...

Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin yaydığı məlumata görə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində son 9 ayda 14 qəza baş verib. Bu ilin 9 ayı ərzində isə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib.

Milli.Az Xəzər Xəbərin hazırladığı sujeti təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.