Cəmiyyət

Bakının mərkəzində yol bu vəziyyətdədir - VİDEO

22 Dekabr 2021 15:06
0 Şərh     Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının mərkəzi küçələrindən biri, 28 may metrosu qarşısındakı yoldan yəqin ki çoxlarımız istifadə edirik. Lakin yolda əmələ gələn qabarmalar və yaranan çatlar avtomobillərin hərəkətinə maneə yaradır. Sürücülər yolun bu vəziyyətdə olmasından narazıdırlar. Həmçinin yol üzərində olan nişanlanma xətləridə əyilərək eybəcər hala düşüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, asfalt örtüyü qabarıb, nişanlanma xətləri yerini dəyişib.

Görüntülər Bakının mərkəzindən, "28 may" metrostansiyasından Səməd Vurğun bağına gedən yoldandır. Qabarmalar həm yolun hərəkət hissəsində, həm də kənarlarında müşahidə olunur.  Bundan əlavə asfalt örtüyünün bəzi hissələrində çatlar da əmələ gəlib. Sürücülər deyir ki, bura mərkəzi küçə olduğundan gün yoldakı qabarmalar da həm tıxaca səbəb olur, həm də avtomobillərə zərər vurur.

Yolda qabarmaların yaranması  asfalt örtüyü üzərində olan nişanlanma  xəttlərinin də tanınmaz hala düşməsinə səbəb olub. 

Sürücülərin sözlərinə görə nişanlanma xəttlərinin əyri vəziyyətdə olması ötmə əməliyyatlarının düzgün həyata keçirilməsinə maneə yaradır. Bu isə qəza hallarını da qaçılmaz edir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin ərazidəki qabarmalardan xəbərdardırlar. Yol 3 il bundan öncə təmir olunub və həmin dövrdə də qurumun tabeliyində olmayıb.

Anar Nəcəflinin sözlərinə görə qabarmalar daha çox yay aylarında özünü göstərir ki, buna da səbəb asflat örtüyünün qızması olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.