Cəmiyyət

“Üç metr dərinlikdəki minanı tapan detektor gətirmişik” - General-leytenant Etibar Mirzəyev

16 Dekabr 2021 22:23
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni minatəmizləmə detektoru gətirmişik. Bu, 2,5-3 metr dərinlikdə olan minanı tapır və siqnal səsi ilə xəbərdarlıq edir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"İndiyədək həmin ərazilərdə əl vasitəsilə detektorlarla mina axtarırıq. 12-dək minatəmizləmə itlərimiz var. Bu yaxınlarda alacağımız tank əleyhinə minalar üçün olan robotu Füzuli rayonunda sınaqdan keçiririk", - nazir müavini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.