Bakıda səssiz sənət sehri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 2-də saat 17:00-da Beynəlxalq Əlillər Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "İnklüziv teatr" beynəlxalq layihəsinin iştirakçıları yaradıcılıq hesabatı ilə geniş auditoriya qarşısına çıxacaq və hazırladıqları "Çamadan əhvalı" tamaşasını nümayiş etdirəcəklər.
Xatırladaq ki, Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi" BMT-nın təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı - UNESCO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində qəbul edilib.
Beynəlxalq layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən, bu insanların sosiallaşmalarına, cəmiyyətə inteqrasiya olmalarına kömək etməkdən ibarətdir.
İndiyə qədər layihə iştirakçıları teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyət göstərən "Jest" inklüziv teatr studiyasında məşqlər edirlər və bunun üçün teatrda onlara tam şərait yaradılıb.
Studiyanın üzvləri burada aktyor sənəti, rəqs, bədən dili, illüziya sənəti, klounada və sair istiqamətlərdə məşğələlər keçirlər. Bu işdə onlara respublikanın aparıcı incəsənət ustaları kömək edirlər. Studiya üzvləri ilə tanınmış aktyor, Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, baletmeyster Respublikanın Əməkdar artisti Emin Əliyev, tanınmış illüziya ustası, beynəlxalq festivallar laureatı Tofiq İgəndərli məşğul olur.
Layihənin prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov studiya üzvlərinə teatr və sirk sənəti barədə ətraflı nəzəri məlumatlar verir.
Studiya üzvlərinin seçilməsində, onlarla ünsiyyət qurulmasında teatrın tərəfdaşı kimi çıxış edən "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və Musiqili Teatrın könüllülər dəstəsinin üzvləri hər gün məşqlərdə iştirak edərək surdotərcüməçi kimi pedaqoqlara köməklik göstərir.
"İnklüziv teart"ın gənc üzvləri öz tamaşalarını eşitmə əngəlli insanlara həsr edir, onların da həyata inamla baxmalarını, cəmiyyətə qaynayıb-qarışmaq üçün çalışmalarını arzulayırlar.
Onların ən böyük arzusu isə, gələcəkdə ölkəmizdə eşitmə əngəlli insanların peşəkar "Mimika və jest" teatrının yaradılmasıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
Təbii qazın qiyməti artdı
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
XƏBƏR LENTİ
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - (Yenilənib)
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü





