Şou-biznes

Firuzə İbadova niyə evsiz qalıb?

16 Noyabr 2021 06:33
6 Şərh     Baxış: 3 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Firuzə İbadovanın şəraitsiz evdə yaşaması haqda açıqlaması gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin fikirləri, yardım istəməsi tənqid edilib. F.İbadovanın duet ortağı, Əməkdar artist Cavanşir Məmmədov MTV-yə açıqlamasında onu müdafiə edib.

O bildirib ki, F.İbadovanın böyük bağlı və çoxlu qızılı olub:

"Firuzə xanımın fikrini düzgün başa düşmək lazımdır. Deyir ki, mənim mənzil şəraitim pisdir. İnsan ömürboyu pul qazana bilər. Bir gün evi yanar, heç nəyi qalmaz. Toya məcbur gedə bilərsən? Gedib 10 minə məcbur toy oxumursan ki... 3500 manata toya gedirik. O da 10-15 adam arasında bölünür. Biz bahalı toyda olmamışıq, ev sahibini incitməmişik. Nə veriblər, qəbul etmişik.

Deyirlər, Firuzə xanımın evi bu boydadır, Cavanşir müəlliminki bu qədər. Firuzə xanımın evi o deyildi. Bağını aldadıb aldılar, qaldı evsiz. Qızıllarını aldadıb apardılar. Başına fəlakət gəldi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.