Şou-biznes

Hicabsız şəkil paylaşdığı üçün həbs olundu - FOTOlar

10 Noyabr 2021 14:34
0 Şərh     Baxış: 2 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəməndə islam qaydalarını pozduğu üçün həbs edilən 20 yaşlı model Entesar əl-Həmmadi ilə bağlı qərar verilib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, model 5 il azadlıqdan məhrum edilib. Buna səbəb Entesar əl-Həmmadinin fevralda hicabsız şəkillər çəkdirib və yayımlaması olub.

Fevraldan bu yana həbsxanada olan modelin vəkili isə açıqlamasında deyib ki, içəridə olduğu müddətdə Entesar müxtəlif zorakılığa məruz qalıb.

"Ona narkotik istifadə etmək", "fahişəlik" kimi bir neçə cinayət etiraf etdiriblər. Hamısı yalandır" deyə, vəkil bildirib.

O vurğulayıb ki, prokurorlar bu cinayətləri qəbul etmədiyi təqdirdə onu bakirəlik testi verməklə hədələyiblər.

Qeyd edək ki, Entesar əl-Həmmadi sosial şəbəkələrdə paylaşdığı fotoları ilə məşhur olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.