Şou-biznes

Pərvin Abıyevanın evindən 120 min AZN oğurlanıb - VİDEO

20 Avqust 2021 01:32
2 Şərh     Baxış: 5 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Onun sirri" proqramına qonaq olan aktrisa evində baş verən oğurluq hadisəsindən danışıb.

Pərvin evindən 120 min AZN məbləğində pulun tanış adam tərəfindən oğurlandığını bildirib: "Bu oğurluğu kimin etdiyini bilirəm. Onu tapdıq. Lakin pulu geri ala bilmədik. Çünki artıq xərcləmişdi.

Bu oğurluq hadisəsi bir şəxsi məsələdir. Yəni ailə daxili məsələdir deyə ictimaiyyətin bu haqda məlumatı yox idi. Çünki bilsəydilər? deyəcəklərdi ki? "Pərvin 120 min AZN-i haradan alıb?" Ona görə efirlərdə deməyə çəkindim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.