"Rəhmətlik İlhamə Quliyeva, mənim canım gözüm, dostum idi. Onunla indi də dostluq edirəm".
Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Sözbaz" verilişində müğənni Cavanşir Məmmədov söyləyib. O, fikirlərinə bunları da əlavə edib:
"Soruşsalar ki, indi necə dostluq edirsiniz ? Onun məzarını ziyarət edirəm. Dua oxutdururam. Məzarı başında söhbət edirəm, dərdləşirəm. Eynən sağ vaxtında olduğu kimi".
Milli.Az