Cavanşir Məmmədovdan qəribə açıqlama - İlhamə Quliyeva ilə...

30 İyun 2021 10:04

"Rəhmətlik İlhamə Quliyeva, mənim canım gözüm, dostum idi. Onunla indi də dostluq edirəm".  

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Sözbaz" verilişində müğənni Cavanşir Məmmədov söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

"Soruşsalar ki, indi necə dostluq edirsiniz ? Onun məzarını ziyarət edirəm. Dua oxutdururam. Məzarı başında söhbət edirəm, dərdləşirəm. Eynən sağ vaxtında olduğu kimi".

Milli.Az