Şou-biznes

Rotterdamda “Avroviziya” səhnəsinin qurulmasına başlanılıb

12 Aprel 2021 16:44
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rotterdamda "Avroviziya 2021"in keçiriləcəyi səhnənin quraşdırılmasına start verilib.

Milli.Az oxu-az-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

"Niderland televiziyası tarixində ən mürəkkəb şou üçün səhnənin, səhnə arxasının, mətbuat mərkəzinin və digər infrastrukturun qurulması üzrə işlər koronavirusla mübarizə tədbirlərinə ciddi şəkildə riayət olunmaqla, gecə və gündüz aparılacaq", - deyə press-relizdə bildirilib.

Xatırladaq ki, "Avroviziya 2021" müsiqi müsabiqəsi 18-22 mayda Rotterdamda keçiriləcək. Sayca 65-ci yarışma "Açıl" (Open Up) şüarı ilə təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.