Şou-biznes

Samirə “Eurovision”da zəfər mesajı verəcək

25 Yanvar 2021 12:37
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi üçün 8 mahnı seçilib.

Bu barədə "İnfe Azerbaijan" məlumat yayıb.

Qeyd olunub ki, sözügedən bəstələrdən biri "focus group" tərəfindən seçiləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Samirə bu dəfə fərqli tərzdə tamaşaçı qarşısına çıxacaq. İddia olunur ki, Əfəndi "Eurovision" səhnəsində ballada ifa edəcək və Azərbaycanın Ermənistan üzərində qalibiyyətini nəzərə alaraq zəfərlə bağlı ifadələrə üstünlük veriləcək. 

Xatırladaq ki, bir neçə gün əvvəl İTV müsabiqə üçün mahnı qəbulunu fevralın 1-nə qədər uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.