Şou-biznes

"İllərlə görmədiyim kəndimə gedəcəm..." - Xoşqədəm Hidayətqızı

16 Noyabr 2020 07:00
Baxış: 5 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Doğuşun həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının açıqlaması Türkiyə mətbuatına çıxıb.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızının qələbə sevinci qardaş ölkənin nüfuzlu media orqanlarında işıqlandırılıb:

"Zəfər günümüzü qeyd edirik. İllər öncə düşmən torpaqlarımızı işğal etdi. Bunun uğrunda çox şəhid verdik. Bu torpaqlar uğurunda nələrimizi itirdik. Pis günlər artıq geridə qaldı. Azərbaycanın qələbəsini qeyd edirik. Mən artıq şəhərimə, kəndimə gedəcəm. İllərlə görmədiyim kəndimə..."

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Ağdərə rayonun Narışlar kəndində anadan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.