Şou-biznes

"Kişilər var gedirlər epilyasiyaya ayaq tüklərini götürdürlər, ağappaq mayadır" - Efirdə SƏRT İSMARIC

16 Dekabr 2019 14:34
13 Şərh     Baxış: 5 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şou-biznesdə saç əkdirənlərdən 3-cü, 4-cü adam mən oldum. Birinci deyəsən Elariz olub. Təzə-təzə saç əkdirmişdim, bir hay-küy qopdu. Elə bil ki, mənim başımı kəsib başqa baş qoymuşdular, nolmuşdu ki? "İndi hamı edir amma. Deməli, geridə qalan insanlar var. Ərəb ölkələrində, İranda, Türkiyədə 70-80 yaşında bir adam göstərin ki, başı ağappaqdır. Yoxdur elə şey. Bizdə necə olur, saqqala rəng qoyurlar, saça rəng qoyanda pis olur? Bunların hamısı gözgötürməzlikdir". 

Milli.Az xəbər verir ki, bu odlu-alovlu açıqlamanı əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"də edib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) əməkdar artistin fikirlərinə daha sərt ismarıclar ilə nöqtə qoyub:

"Ay Cavanşir müəllim, saç əkdirmək olar e, kişilər deyirəm sənə, gedirlər epilyasiyalara ayaqlarının tüklərini götürdürlər. Kişidirlər ha özü də. Biri var belə, biri də var kişilər. Sən görünən yerləri deyirsən, sən görünməyən yerlərdən danış ki, nə oyunlardan çıxırlar. Onlar sonra da çıxırlar efirlərə "Kişilər belə getdi, kişi belə olmalıdır" deyirlər. Amma gedirsən ayağını qaşıyanda qıraqdan baxırsan ki, ağappaq mayadır".

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.