Şou-biznes

"Elə bil, mənim başımı kəsib başqa baş qoymuşdular" - FOTO

16 Dekabr 2019 14:09
6 Şərh     Baxış: 3 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şou-biznesdə saç əkdirənlərdən 3-cü, 4-cü adam mən oldum. Birinci deyəsən Elariz olub. Təzə-təzə saç əkdirmişdim, bir hay-küy qopdu. Elə bil ki, mənim başımı kəsib başqa baş qoymuşdular, nolmuşdu ki?"

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Cavanşir Məmmədov "Hər şey daxil"də bir zamanlar saç əkdirdiyi üçün onu tənqid edənləri xatırladarkən bildirib.

Sənətçi həmin insanları "geridə qalmış" adlandırıb:

"İndi hamı edir amma. Deməli, geridə qalan insanlar var. Ərəb ölkələrində, İranda, Türkiyədə 70-80 yaşında bir adam göstərin ki, başı ağappaqdır. Yoxdur elə şey. Bizdə necə olur, saqqala rəng qoyurlar, saça rəng qoyanda pis olur? Bunların hamısı gözgötürməzlikdir". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.