Ronaldo bir müddət əvvəl verdiyi müsahibədə Tramp ilə daha dərindən söhbət etmək istədiyini, qlobal məsələlər haqda fikir mübadiləsi aparmaq və "dünya sülhünə töhfə vermək" barədə danışmaq istədiyini bildirmişdi. Bu görüş isə nəhayət daha rahat və şəxsi bir mühitdə baş tutub.
Milli.Az xəbər verir ki, ziyafət zamanı Tramp Ronaldo haqqında səmimi fikirlər səsləndirib və sosial şəbəkələrdə sürətlə yayılan maraqlı bir xatirəni bölüşüb:
"Oğlum Kriştiano Ronaldonun böyük fanatıdır. İndi o, burada olduğu üçün düşünürəm ki, oğlum mənə bir az daha çox hörmət edər. Ona görə təşəkkür edirəm, şərəf verdiniz."
Ronaldo bu cür yüksək səviyyəli tədbirlərdəki mövcudluğu ilə bir daha göstərir ki, o, sadəcə futbolçu deyil. Onun sosial təsiri, media gücü və müxtəlif sahələrdə nüfuzu onu dünyanın ən vacib fiqurlarından birinə çevirir.
Lalə Qüdrətova
Milli.Az





