Şou-biznes

"Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar"

19 Noyabr 2025 21:49
Baxış: 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.

Milli.Az xəbər verir ki, "Qonaqcanlı" verilişində olan müğənni kiçik qızının onunla yaşadığını deyib. A.Ələsgərova bildirib ki, hər ay səyahət edir:

"İsrailə gedirəm. Yaxın dostumun toyuna dəvət almışam. Gedib gələndən sonra Avropaya gedəcəyəm. Qudalarım İspaniyaya köçüb. Gedib-gəlirik. Balaca qızım yanımdadır. O, da mənim kimi gedib-gəlir. 5 gün orada, 10 gün burada qalıram. Gəzməyi o qədər sevirəm ki, hobbimdir. Bir ayın içində təyyarəyə minməsəm ürəyim partlayar. Cavan vaxtlarımda köçmək istəyirdim. Amma indi 10 gündən artıq Bakıdan kənarda qala bilmirəm".

Qeyd edək ki, A.Ələsgərovanın böyük qızı ailəlidir və İsveçdə yaşayır. (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.