Dişləri gündə 3 dəfə fırçalamaq lazım deyilmiş - Həkimdən xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dişləri həddindən artıq tez tez və çox güc tətbiq edərək fırçalamaq ağız sağlamlığında ciddi problemlərə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı stomatoloq terapevt və parodontoloq Viktoriya Çeredniçenko deyib.
"Artıq stomatoloqlar hər yeməkdən sonra dişlərin fırçalanmasını tövsiyə etmir. O deyir ki, gündəlik gigiyena vacib olsa da, bu məsələdə iki təhlükəli ifrat mövcuddur. Bəziləri dişlərini gündə bir dəfə də çətinliklə yuyur, bəziləri isə bunu həddindən artıq edir".
Həkimin sözlərinə görə, hər iki halda ziyan var.
Stomatoloq qeyd edib ki, "nə qədər çox olsa, bir o qədər yaxşıdır" yanaşması diş gigiyenasına tətbiq edilə bilməz. Dişlərin fırçalanması üçün ideal rejim gündə iki dəfədir. Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl. Çox tez tez fırçalama diş minasının zədələnməsinə və nazikləşməsinə gətirir. Bu isə dişlərin isti soyuq və turş qidalara qarşı həssaslığını artırır. Bundan başqa, diş ətləri qıcıqlana və zədə ala bilər ki, bu da qanaxma və iltihab riskini yüksəldir.
Tez tez və sərt fırçalama ağız boşluğunun normal mikroflorasını da poza bilər. Bu isə kariyes yaradan bakteriyaların çoxalmasına və pis qoxuya səbəb olur. Mütəxəssis bildirir ki, yaxşı niyyətlə edilən bu davranış əksinə olaraq əlavə problemlər yaradır.
Çeredniçenko tövsiyə edir ki, dişlər gündə iki dəfə fırçalansın. Mütləq yumşaq və ya orta sərtlikdə fırça, habelə çox kobud olmayan diş pastası seçilməlidir. Fırçalama zamanı dişlərə və diş ətlərinə güclü təzyiq edilməməli, proses 2 ilə 3 dəqiqə arası davam etməlidir. Diş fırçasının hər üç aydan bir dəyişdirilməsi də vacibdir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





