Səhv məlumata görə ər-arvad evində öldürüldü - təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif Hüseynov və Gülnarə Hüseynovanı qətlə yetirməsi gündəm olmuşdu. Hadisəyə görə şübhəli şəxs kimi 1978-ci il təvəllüdlü Murad Məmmədov və 42 yaşlı Elçin Fərzəliyev saxlanılmışdı.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, sözügedən hadisənin bir sıra maraqlı təfərrüatı əldə edilib.
Məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər evə 300 min manat məbləğində külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə basqın ediblər.
Lakin Şabranda məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan Arif Hüseynovun evinə basqın edənlərin cinayət yolu əldə etdikləri 7 119 manatlıq qızıl olub.
Bu isə Elçinin qəzəbinə səbəb olub. Hadisədən sonra cinayəti törədən şəxslər Şabranda "Taxtalı" adlanan kafeyə yollanıblar.
Özündən çıxan Elvin Muraddan o ünvanın kimin verdiyini soruşub. Murad ona cavab olaraq Təbriz adını deyib. Elçin Fərzəliyev ehtimal olunan məbləğdə oğurluq edə bilmədiklərinə görə Murada ya onun, ya da Təbrizin başını kəsəcəyini deyib.
Təbrizi görüş yerinə çağırmağa müvəffəq olmayan Elçin Muradı kafenin çölünə çağırıb və yaxınlıqda fəaliyyət göstərməyən avtoyumanın yanına aparıb. Bu zaman o, Muraddan diz çökməsini tələb edib. Murad da Elçinin içkili olduğunu görərək onun tələbi ilə razılaşıb. Elçin ona və Təbrizə görə hadisə törətdiyini deyərək bıçağı Muradın boğazına dirəyib:
"Səhv məlumata görə iki nəfəri öldürdüm. Buna görə ömürlük azadlıqdan məhrum olacağam".
Murad isə hadisəni öz boynuna götürəcəyini bildirib. Bu zaman Elçin bıçağın arxası hissəsi ilə Muradın başına zərbələr endirərək onun sağlamlığına zərər vurub. Daha sonra yaxınlıqda olan şəxslərin iştirakı ilə tərəflər aralaşdırılıb.
Arif Hüseynov və Gülnarə Hüseynovanın qətlinə görə ittiham olunan şəxslərin hadisədən dərhal sonrakı davasına görə onlardan biri təqsirləndirilən, digəri isə zərərçəkən şəxs olub.
Şabran Rayon Məhkəməsi Elçin Fərzəliyevi Murada qarşı törətdiyi cinayət əməlinə görə əlavə 4 il azadlıqdan məhrum edilib. Onlar Hüseynovlar ailəsinin iki üzvünün qətlinə görə də ayrıca məhkəmə qarşısına çıxacaqlar.
Qeyd edək ki, Elçin Fərzəliyev həbsdən elə 2024-cü ildə çıxıb. O, 2010-cu ildə ağır cinayət törətdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da əlavə edək ki, əri ilə birlikdə qətlə yetirilən Gülnarə Hüseynova Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Naxçıvanda bir evdə 2 dəhşətli olay: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)
-
Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin (Fotosu)
XƏBƏR LENTİ
-
Dörd cüdoçumuz bu gün mübarizəyə qoşulacaq
-
Kimin evində varsa, atmasın: 367 min dollara alınır
-
Neftin qiyməti bahalaşdı
-
İlham Mayılov vəfat etdi
-
Rusiyada güclü zəlzələ oldu
-
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
-
Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
-
Münasibətlərdə “2:2:2” qaydası - Bir-birinizə vaxt ayırmağın sadə yolu
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)





