Şou-biznes

“Həkim dedi ki, sənin işin Allaha qalıb” - Xatirə İslam

16 Dekabr 2019 13:34
3 Şərh     Baxış: 5 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O, gör nə boyda əziyyət çəkib - hər mövzuda. Heç kəs paxıllıqdan deyə bilməz ki, o, niyə birincidir? Həmişə deyirəm ki, onun çəkdiyi əziyyəti heç birimiz çəkməmişik. Bir nömrə olmalıdır da, bəs bir nömrə kim olsun?".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində müğənni Xatirə İslam Xalq artisti Röya Ayxan haqda söyləyib.

O, həmkarlarının çoxunu düzgün oxumamaqda günahlandırıb:

"Azərbaycanda olan ifaçıların çoxu düzgün oxumur. Bu günədək necə oxumusunuz? Özümdə də bu çətinliyi görmüşəm. Qarından ifa etmək lazımdır, boğazdan yox. Biz başımıza boya qoyuruq, burnumuzu kəsdiririk, üzümüzə iynə vururuq. Bəs, bu səs niyə qocalmasın? Axı, o içəridədir, biz onu görmürük. Altı saat dayanmadan oxumaq - insan bunu etməməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.