Şou-biznes

Damlanın "AA" seriyalı hədiyyə avtomobili - FOTO

14 Noyabr 2017 14:07
26 Şərh     Baxış: 17 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir məşhur AA seriyalı avtomobil idarə etməyə başlayıb.

Milli.Az azxeber.com-a istinadla bildirir ki, tez-tez şəxsi həyatı ilə gündəmə gələn müğənni Damla indi də avtomobili ilə diqqət mərkəzinə düşüb. Belə ki, müğənni bu dəfə idarə etdiyi Toyoto "Fortuner" markalı avtomobilinin "AA" seriya dövlət nişanı olması ilə diqqəti çəkib.

Bu barədə müğənninin prodüseri öz profilində şəkil paylaşıb. O, istifadəçilərdən birinin "Bu avtomobil sənindir?" sualına "Damla xanımın maşınıdır" deyə cavab verib.

Qeyd edək ki, qanunvericiliyə görə Azərbaycanda "AA" seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilə bilər. Ancaq fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər. Maraqlıdır ki, müğənniyə bu nömrəni hansı hüquqi şəxs hədiyyə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.