Xəbər verdiyimiz kimi, bu səhər Türkiyənin məşhur adları olan İrem Derici, Mert Yazıcıoğlu, Simge Sağın, Meriç Aral və Ziynet Sali də daxil olmaqla 19 nəfər saxlanılıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama Simge Sağının meneceri Özgür Arasdan gəlib.
Aras iddiaları təkzib edərək bildirib ki, Simge Sağın hazırda ABŞ-dadır:
"Simge bir həftədir həm tətildə, həm də klip çəkilişlərində ABŞ-dədir. Hələlik heç bir problemlə bağlı bizə məlumat verilməyib. Vəkilimiz məsələni təqib edir" .
Hazırda mövzu ilə bağlı digər məşhurların menecerləri və vəkilləri də açıqlama verməyə başlayıb. Lakin hadisənin təfərrüatları hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Milli.Az