Türkiyədə məşhurlara qarşı böyük ƏMƏLİYYAT: 19 nəfər saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər saatlarında Türkiyə şou-biznesində böyük səs-küyə səbəb olan genişmiqyaslı əməliyyat keçirilib. İstanbul İl Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən eyni vaxtda bir neçə ünvanda aparılan əməliyyat zamanı bir çox tanınmış sənətçi, sosial media fenomeni və aktyor saxlanılıb.
Milli.Az xəbər verir ki, əməliyyat nəticəsində 19 nəfərin saxlanıldığı bildirilib. Onların arasında Türkiyənin ən məşhur adlarından olan İrem Derici, Hadisə, Dilan Polat, Simge Sağın, Berrak Tüzünataç və Kubilay Aka kimi sənətçilərin də olduğu qeyd olunur.
İstanbul Respublika Prokurorluğu hadisə ilə bağlı "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" cinayəti üzrə istintaq başladıb. Prokurorluq, Hadisə, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Demet Evgar, Berrak Tüzünataç və Mert Yazıoğlu kimi məşhurlardan ifadə və qan nümunələrinin alınması barədə göstəriş verib.
Bununla yanaşı, tanınmış şəxslər haqqında "narkotikdən istifadəni təşviq etmək" ittihamı ilə də ayrıca araşdırma başladılıb. İstanbul Baş Prokurorluğu yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, bu mərhələdə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri tətbiq olunmayıb.
Əməliyyat xəbəri qısa müddətdə sosial mediada gündəmin bir nömrəli mövzusuna çevrilib.
Saxlanılan məşhurların tam siyahısı:
İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duyğu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Mətin Akdülgər, Ceren Moray Orcan, Dilan Polat və Engin Polat.
Əməliyyatın təfərrüatları və istintaqın nəticələri ilə bağlı yaxın günlərdə yeni açıqlamaların veriləcəyi gözlənilir.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Türk aktrisa 11 il sonra ilk dəfə ana oldu - (Foto)
XƏBƏR LENTİ
-
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir
-
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
-
“Borussiya” “Qarabağ”a təşəkkür etdi - (Foto)
-
Şəkinin 300 illik kəlağayısı: Tarixin ipək izi - (Foto)
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Qazaxıstandan deportasiya edilən Navai konsertə hazırlaşır
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək - (Foto)
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)





