Şou-biznes

İrem Derici saxlanıldı

8 Oktyabr 2025 09:04
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin tanınmış müğənnisi İrem Derici narkotik vasitələrin istifadəsini təbliğ etməkdə ittiham edilərək saxlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. İddiaya görə, İstanbul Respublika Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində 38 yaşlı sənətçi Şişlidəki evində jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı müğənninin vəkili Ayşegül Mermer açıqlama verib. O, bildirib ki, hazırda Dericinin ifadə verməsi üçün jandarma bölməsinə getdiklərini söyləyib:

"İrem Derici ilə bağlı aparılan proses çərçivəsində onun ifadəsini almaq üçün jandarma bölməsinə gedirik. Hazırda rəsmi məlumat yoxdur. Prosesin gedişi barədə ictimaiyyətə daha sonra məlumat veriləcək".

Qeyd edək ki, istintaq hazırda davam edir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.