Əfsanəvi aktyor Metyu Perrinin ötən il ölümü bütün dünyanı şoka salmışdı. Qeyd edək ki, aktyorun ölümünün səbəbləri sirr və bir sıra uyğunsuzluqlarla örtülmüşdü. Həmin xəbəri biz də yaymışdıq.
Milli.Az bildirir ki, publika.az-ın verdiyi xəbərə görə, artıq müstəntiqlər Perrinin ölümündə şübhəli bilinən iki həkim və aktyorun şəxsi köməkçisi də daxil olmaqla, eyni anda beş nəfərə qarşı ittiham irəli sürüblər.
BBC jurnalistlərinin məlumatına görə, şübhəlilərdən birincisi, aktyorun Mark Çaves adlı həkimi günahını etiraf edib. Çaves Ketamin klinikasına rəhbərlik edib və tərkibində maddə olan həbləri Metyu Perriyə çatdıran doktor Salvador Plasensiyaya satıb. Məlum olub ki, ulduz müalicə olunarkən narkotikdən asılı vəziyyətə düşüb.
Xatırladaq ki, "Dostlar"ın ulduzu Metyu Perri 2023-cü il oktyabrın 29-da vəfat edib - o, ürək çatışmazlığından sonra öz cakuzisində boğulub. Sənətçinin 54 yaşı var idi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun