Şou-biznes

Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı

20 İyun 2024 09:01
Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilən Castin Timberleykin fotosu internetdə yayılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, şəkil Nyu-Yorkun Saq-Harbor kurort şəhərindəki polis tərəfindən paylaşılıb.

Mətbuatda yayılan məlumatlara görə, polis onu saxlayarkən ifaçını tanımayıb. Dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlayıb. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırıblar.

Ayıqlıq testindən keçməsi istənilən Castin Timberleyk bundan imtina edib. O, daha sonra zaminə buraxıldıqdan sonra polis bölməsini tərk edib.

Qeyd edək ki, ifaçı çərşənbə axşamı ittiham olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.