Şou-biznes

“Parkinqə ödədiyimiz pul maaşımızın yarısını aparır” - VİDEO

29 Aprel 2024 10:37
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Əkbər Əlizadə şəhərin mərkəzindəki parkinqlərdən şikayətçidir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrına yollandığını, amma maşınını saxlamağa yer tapmadığını bildirib.

Sosial media hesabında videomüraciət yayımlayan sənətçi aidiyyəti qurumlara səslənib: "Hörmətli qurumlar, məsələni çözün. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Molokan bağının yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda olum. Cavab verdi ki, mənə necə göstəriş verilibsə, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Tək mənim yox, teatrın digər əməkdaşlarının böyük problemidir. Dayanacağa hər saatda ödədiyimiz pul maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb, çünki teatra gələnlər maşın saxlamağa yer tapmır".

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən  bildirildi ki, qeyd edilən ərazidə əməkdaşlarımız tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir: "Dayanacaqda yer olmadığı üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədi ilə əlavə tədbirlər görülür".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.