Şou-biznes

"Polisə zəng etdim, başqa əlacım yox idi"

3 Yanvar 2024 19:09
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neçə il "Kubinka" məhəlləsində yaşamışam. Ətrafımda hamı narkotik aludəçisi idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib.

O, başına gələn hadisədən danışıb:

"Televiziyaya gəldim, hamı məni tanıdı. Bir gün gördüm vanna otağımdan su axır. Usta çağırdım və onunla çıxdım dama. Dəhşətə gəldim. Damdan 8 vedrə iynə yığdım. Çağırdım ki, iyrənc hərəkətləri damda niyə edirsiniz? Cavab verdilər ki, ən etibarlı adam sizsiniz, tanınmışsınız. Bura gəlməzlər. Zəng etdim polis idarəsinə, başqa əlacım yox idi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.