Şou-biznes

Məşhur müğənni ailə FACİƏSİNDƏN danışdı: “4 bacı dul qaldıq”

30 Oktyabr 2023 19:13
Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı müğənni, Xalq artisti Sofiya Rotaru şəxsi həyatı barədə danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni böyük ailədə böyüdüyünü, 2 qardaş və 3 bacısının olduğunu deyib.

"Xüsusilə qızların bəxti gətirməyib. 4 bacı, hamımız gənc yaşda dul qaldıq. Mən ərimi 21 il öncə itirdim. Aurika 18 il öncə, Lida və Zina isə daha tez həyat yoldaşlarını itirdilər.

Mənim ərim ideal insan idi. Səxavətli, xeyirxah və ağıllı kişiydi. Ondan sonra bir daha belə insana rast gəlməyəcəyimə əmin idim, daha evlənmədim", -  Rotaru bildirib.

Ərləri öldükdən sonra nə Sofiya, nə də bacıları ərə gedib. 76 yaşlı Sofiya Rotarunun bir qızı var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.