Şou-biznes

Nura Suri ona təhqir yazan şəxsi polisə verdi

22 Avqust 2023 07:27
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Haqqımda feysbukda status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı. Şəxs müəyyən olunaraq tapıldı, haqqında qanunla tədbir görüləcək".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O, insanları sosial şəbəkədə təhqir edənlərin qanun qarşısında cavab verəcəklərini bildirib:

"Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Evinizdə klaviatura arxasında oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.