Şou-biznes

"Bu, kasıb psixologiyasıdır"

20 İyun 2023 18:40
Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mətn çox vacibdir. İndi insanlar özünü "dərdliyəm" modunda göstərməyi sevir. Ona görə də dərtli mətnləri sevir. Lirik mahnıda həzin ayrılıq, həsrət olub".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Astar" yutub layihəsində qonaq olanda deyib. Hazırda yazılan mahnıların mətnindən gileylənən müğənni onları "lezva" mahnılar adlandırıb:

"İndi "ömür fani", "qalmışam tək" tipli mətnlər sevilir. "Detdom uşağının nəyi olmur, atam", "kasıbın həyatı" kimi sözlər dinlənilir. Bunun kasıbçılıqla əlaqəsi yoxdur. Bu, kasıb psixologiyasıdır. Təbiət sənin nə istədiyini dinləyir, dilinə gətirməsən, fikrindən keçirtsən belə. Bütün günü "qarabəxtliyəm, bəxtim gətirməyəcək" kimi kitaba, mahnıya bağlanırsansa, Allah sənə heç nə verməyəcək. İndi "lezva" mahnılar başqa qəbil ifaçıların çörəyidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.