Şou-biznes

Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar: Həyatımız bir gün içərisində ...

10 Mart 2023 08:23
Baxış: 1 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tamamilə dəyişir. O qədər qeyri-adi bir hissdir ki, sadəcə sözlərlə izah etmək mümkün deyil. Yeganə tanış hiss minnətdarlıq duyğusudur. Bu duyğu hal-hazırda bütün bədənimizi bürüyüb. Sizlərə, dostlarımıza, ailəmizə minnətdarıq. Ən əsası isə bu mahnının ərsəyə gəlməsində azı bizim qədər rolu olan sevgili komandamızın üzvlərinə minnətdarlığımızı bildiririk".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Avroviziya 2023" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək TuralTuranX dueti sosial şəbəkədə yazıb.

"Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev, Mamagama qrupu, Azər Nəsibov kimi musiqiçilərlə birgə yarışdığımız üçün ayrı bir qürur hissi keçiririk. Hər biriniz musiqi üzrə sözünü demiş insanlar olaraq tanınırsınız. Belə peşəkar musiqiçilərin arasından seçildiyimiz üçün özümüzə olan inam daha da artır. Ölkəni təmsil etmək necə də böyük bir vəzifədir. Ümid edirik layiqincə yerinə yetirərik" deyə, əkiz qardaşlar bildirib.

Qeyd edək ki, "Avroviziya 2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Ukraynanın adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.