Şou-biznes

Sezen Aksu zəlzələlərin ən çox ziyan vurduğu Hatayda - FOTO

9 Mart 2023 20:29
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələlərdən sonra sürətlə bərpa olunur. Fəlakət nəticəsində 11 vilayət ciddi zərər çəkmişdi. Hatay bu vilayətlər arasında ən böyük dağıntının yaşandığı bölgələrdən biridir. Bu çərçivədə ictimai xadimlər, eləcə də incəsənət nümayəndələri zəlzələ bölgəsini ziyarət edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri də məşhur müğənni Sezen Aksu olub.

Sənətçi orada həm rəsmilərdən bölgədə görülən işlər barədə məlumat alıb, həm də zəlzələdən zərərçəkənlərin problemlərini dinləyərək onlara dəstək olub.

S. Aksu sakinlərlə şəkillər çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.