Şou-biznes

Qızı Aygünün arzusunu ürəyində qoydu: “Dedi, sən saydığını say, gör…”

14 Yanvar 2023 23:33
Baxış: 2 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızı İlqarə Xalq artisti Aygün Kazımovanın arzusunu ürəyində qoyub.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, bunu diva özü açıqlamasında bildirib.

O, şou-biznesin ən cavan nənəsi olmaq arzusunda olduğunu, lakin buna nail ola bilmədiyini deyib:

"Həmişə arzum olmuşdu ki, şou-biznesdə ən cavan nənə olum. Buna doğru da gedirdim. Lakin qızım dedi ki, sən saydığın say, gör mən nə sayıram..."

Qeyd edək ki, Aygün Kazımova 1989-cu ildə 18 yaşında ailə həyatı qurub. 1990-cı il oktyabrın 7-də yeganə övladı olan İlqarə Kazımova dünyaya gəlib. İlqarə də anasının yolunu davam etdirərək müğənni kimi fəaliyyət göstərir. İlqarə subaydır.
Xalq artisti bu sözləri efirdə söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.