Şou-biznes

Aşıq Telli plastik əməliyyat etdirib? - VİDEO

1 Dekabr 2022 17:44
Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Telli Borçalı xarici görünüşünü dəyişdirmək üçün plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda danışıb.

Sözügedən verilişin aparıcısı  Vüsalə Əlizadə "Bir müğənnidən eşitdim ki, Telli plastik əməliyyat etdirəcək. Hətta sizi həkimlə görüşəndə görənlər olub" xanım aşığa sual ünvanlayıb.

Telli isə haqqında yayılan bu xəbərin yalan olduğunu bildirib.

"Belə şey olmayıb. Hansı həkimdirsə, mənə göstərsinlər. Bu bərəkət haqqı əməliyyat etdirməmişəm. Plastik əməliyyat etdirənlərə də pis baxmıram. Bədənimin heç bir yerində plastik əməliyyat etdirməmişəm. Nə də ki, həkimlə görüşmüşəm. Elətdirsəm də, deyərəm. Burada nə var ki? Qəbahət yoxdur. Plastik əməliyyatlardan da qorxuram", - deyə T.Borçalı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.