Şou-biznes

Türkiyəli aktrisa çəkiliş meydançasında yaralandı

24 İyul 2022 09:45
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Songül Öden xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Nomen" serialının çəkiliş meydançasında qəza keçirib. Avtomobilin alovlanması səhnəsinin çəkilişi zamanı maşın qəza rejiminə keçib və hava yastığı açılaraq Songülə dəyib. Oturacağa sıxışan aktrisa qarnından və qolundan zərbə alıb.

O, təcili xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti yaxşı olan aktrisa evdə müalicə alır.

Xatırladaq ki, Songül eyni zamanda "Atatürk" serialının çəkilişlərində iştirak edir.

Qeyd edək ki, bundan əvvəl aktyor İsmail Hacıoğlunun çəkiliş zamanı yandığı bəlli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.