Şou-biznes

“Atamın sözündən çıxa bilmədim, bir dəfə toya getdim, çıxanda gördüm ki...”

17 May 2022 19:24
7 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzən deyirlər ki, sənət adamları dükan-bazara getmir. Məndə əksinədir. Bütün xanımlar kimi bazarlığımı edirəm, insanlarla da görüşürəm. Məni istəyənlər çoxdur. Böyük əksəriyyət yaxınlaşıb deyir ki, nəvəmin, qızımın adını səndən sonra qoymuşam. Bu adı ilk mən daşımışam. İlyas müəllim bu adı bir hadisədən təsirlənərək yaradıb və mənə verib. Ona görə də bu adın bütün müəlliflik hüquqları məndədir. Çox tələb etdim ki, adlarını dəyişsinlər. Dəyişmədilər, ona görə də mən öz adımı İlkşəbnəm deyə dəyişdim. Bu mənim rəsmi adımdır"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq deyib. O daha sonra əlavə edib.

"Bütün günü işlə məşğulam. Baba Vəziroğlunun, Leyla Əliyevanın sözlərinə gözəl bir mahnı oxumuşam. "Zaman" adlı mahnı artıq efirlərdə səslənir. Mənim yaradıcılığım bundan ibarətdir. Hazırda Hidayət Orucovun sözlərinə mahnılar yazıram. Mən hər zaman başımı aşağı salıb öz işlərimlə məşğul olmuşam, heç kimlə işim olmayıb. Əl işləri, sırğalar, boyunbağılar da hazırlayıram. Paltar da tikirəm, toxuyuram. Atam İlyas Tapdığın biblioqrafiyası, monoqrafiyası üzərində işləyirəm. Bir əlimdə məşğuliyyətdir, bir əlimdə də kitab. Hələ ki, missiyamı tam yerinə yetirməmişəm" deyə müğənni bildirib.

Şəbnəm Tapdıq toylara getməməsinin səbəblərindən də danışıb.

"Mənim repertuarım, dünyagörüşüm fərqlidir. Bir neçə dillərdə danışıram, ifalar edirəm. Mən konsertlərdə oxuya bilərəm, toylarda yox. Mən ciddi konsert müğənnisiyəm. Bir dəfə atama dedilər ki, qızın toy məclisinə gəlsin. Onun sözündən çıxa bilmədim, getdim. Toydan çıxanda gördüm ki, mənə qonorar veriblər. Açıb baxanda gördüm ki, qonorar həddindən artıq çoxdur. Atam dedi ki, bu pulun hamısını götürmə, yarıdan çoxunu qaytar. Toya gedənlərə də pis baxmıram, hamı qazanc üçün toylara gedir. Allah onların ruzisini versin" deyə müğənni bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.