Şou-biznes

Daha bir Xalq artisti Rusiyanı tərk edir

21 Mart 2022 13:18
0 Şərh     Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Çulpan Xamatova uşaqları ilə birgə ölkəsini həmişəlik tərk etdiyini açıqlayıb. O, bundan sonrakı həyatını yaşamaq üçün Latviyanı seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa bu barədə yerli mətbuata müsahibəsində bildirib.

Ç. Xamatovanın sözlərinə görə, Latviyaya köçmək ideyası onda sonuncu xarici səfərindən sonra yaranıb, artıq bu ölkədə özünə ev tikib: "Ev kənddədir. Hətta ora gedə bilmək üçün başqa insanların köməyinə ehtiyacım var idi. Çünki maşın kirayə etməyə pulum yox idi. Mənə kömək edən hər kəsə çox minnətdaram".

Aktrisa hələ yeni iş tapmadığını, pulunun isə qənaətlə üç-dörd aya bəs edəcəyini dilə gətirib. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bir çox tanınmışların Rusiyanı tərk etmək istədikləri barədə xəbərlər gündəmə gəlib. Daha əvvəl əfsanəvi müğənni Alla Puqaçovanın ailəsi ilə birlikdə ölkəsini tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Bundan əlavə, teleaparıcı İvan Urqantın ölkədən getdiyi bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.