Şou-biznes

“Şöhrət” ordeni alan Xalq artisti: "Sabah-sabah oyananda ilk bu sevincli xəbəri eşitdim"

28 Fevral 2022 15:06
0 Şərh     Baxış: 1 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Eldar Bəhram oğlu Mansurov "Şöhrət" ordeni ilə təltif edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xalq artisti Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.

Bu haqda BAKU.WS-ə danışan musiqiçi bildirib ki, sabah-sabah eşitdiyi bu xəbər onu çox sevindirib:

"Təssüratlarım çox gözəldir. Sabah-sabah oyananda ilk bu sevincli xəbəri eşitdim. Böyük qürur hissi keçirirəm. Sənətimə böyük qiymət verildiyi üçün cənab prezident İlham Əliyevə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.